DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Kiyevə köhnə "Patriot"ları verəcək - ABŞ kəşfiyyatının zabiti

Skott Ritter bildirib ki, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı "Patriot" İraq raketlərindən daha çox müttəfiq təyyarələrini vurdu.
Sputnik
BAKI, 25 dekabr - Sputnik. Vaşinqton, görünür, Kiyev hakimiyyətinə Patriot hava hücumundan müdafiə sistemlərinin köhnəlmiş versiyasını təhvil verəcək. Bunu ABŞ kəşfiyyatının təqaüddə olan zabiti və BMT-nin İraqın kütləvi qırğın silahlarının məhv edilməsinə nəzarət üzrə keçmiş müfəttişi Skott Ritter bildirib.

“Mən düşünmürəm ki, ukraynalılar bu kompleksin ən müasir versiyasını alacaqlar. Düşünürəm ki, onlar daha köhnə versiya ilə təchiz olunacaqlar”, - o deyib.

Ritter qeyd edib ki, ümumilikdə istifadəsinə ötən əsrin 90-cı illərində başlanan bu komplekslər artıq müasir döyüş meydanında qarşıya qoyulan vəzifələrə cavab vermir.
"Bu, problemli sistemdir. Bu, çox bahadır, istismarı çətindir və onu idarə etmək üçün çoxlu kadr tələb olunur", - o qeyd edib.
Bundan əlavə, Ritter qeyd edib ki, bu komplekslərin yaxşı istifadə tarixçəsi yoxdur.
"Biz bilirik ki, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı Patriot İraq raketlərindən daha çox müttəfiq təyyarələrini vurdu. Həmçinin, Patriot sistemi Səudiyyə Ərəbistanının neft infrastrukturunu Husi pilotsuz uçan aparatlarının hücumlarından adekvat şəkildə qoruya bilmədi" - deyə o vurğulayıb.