CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

2022-ci ildə Azərbaycanda ən populyar 10 ifaçı

Ötən il ən populyar Azərbaycan ulduzlarının ilk onluğuna müxtəlif janrlarda - pop, rep, rok və bir çox başqa janrlarda çıxış edən müğənnilər daxil olub.
Sputnik
BAKI, 25 dekabr - Sputnik. Spotify yayım xidməti 2022-ci ildə Azərbaycan ulduzları arasında ən çox dinləyicilərin adlarını açıqlayıb. Bitməkdə olan il üçün məlumatlar Spotify Wrapped kampaniyasının bir hissəsi olaraq dərc edilib.
Sputnik Azərbaycan Azərbaycanda ötən ilin ən populyar 10 ifaçısını təqdim edir. Onların arasında təkcə tanınmış ulduzlar deyil, həm də qısa müddətdə nəinki ölkə daxilində, hətta xaricdə uğur qazanmış yeni başlayanlar da var:
Paster (Pərviz Quluzadə)
Xpert (Şəhriyar Atababayev)
Jony (Cahid Hüseynli)
MadTeen (Mətin hüseynzadə)
Röya və Nicat Rəhimov
Saybu Swag
Orxan Zeynallı
Epi
Mehdi Sadıq
Hiss