PAYTAXT XƏBƏRLƏRİ

"Xocəsən" stansiyasına necə getmək olar?

Dünən Bakı Metropoliteninin “Xocəsən” stansiyasının və “Xocəsən” elektrik deposunun açılışı olub.
Sputnik
BAKI, 24 dekabr - Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov dünən istismara verilmiş "Xocəsən" stansiyasına necə gedilə biləcəyi barədə status paylaşıb.
Statusda deyilir: ""Xocəsən" stansiyasına və ya əksinə
- hər 16 dəqiqədən bir qatar hərəkət edir.
"Avtovağzal-8 Noyabr" istiqamətində və ya əksinə
- interval 8 dəqiqədir.
Beləliklə,
- xətt üzrə hər növbəti və ya dalbadal gələn iki qatardan biri "Xocəsən" stansiyasına gedir.
Marşrut göstəricisində "8 Noyabr" stansiyasından başlayaraq,
- "Xocəsən" sözü yazılarsa, qatarla eyniadlı stansiyaya qədər getmək olur.
- "Avtovağzal" sözü yazılarsa, eyniadlı stansiyada qatardan düşüb növbəti marşrutla gələn qatara minmək lazımdır.
Xocəsəndən şəhərə və ya əksinə getmək üçün ("Avtovağzal", hər iki "Memar Əcəmi" və "8 Noyabr" stansiyalarına yaxın ərazilər istisna olmaqla)
- "Memar Əcəmi" stansiyalarının birindən digərinə keçmək lazımdır.
Yolunuzu bu qeydlərə uyğun planlayın".
FOTO
“Xocəsən” elektrik deposunun və stansiyasının açılışı - Fotolent