DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə F-35 qırıcılarının tədarükünə dair layihədən qanunsuz şəkildə kənarlaşdırılıb

Türkiyə milli müdafiə naziri Hulusi Akarın sözlərinə görə, yaxın günlərdə ABŞ-da toplantı keçiriləcək və bu məsələ ətraflı müzakirə olunacaq.
Sputnik
BAKI, 24 dekabr - Sputnik. Türkiyə F-35 qırıcılarının tədarükünə dair layihədən qanunsuz şəkildə kənarlaşdırılıb.
Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.
"Məsələnin maddi tərəfi var. Buna dair işlər və görüşlər davam edir. Yaxın günlərdə ABŞ-da toplantı keçiriləcək, həmin iclasda texniki komitəmiz bu məsələni ətraflı müzakirə edəcək", - deyə o, bildirib.
Xatırladaq ki, ABŞ Ankaraya Türkiyə səmasını dost olmayan ölkələrin hücumlarından qoruya biləcək "Patriot" zenit-raket kompleksini verməkdən imtina edib. Həmçinin türklər layihəyə on milyardlarla dollar sərmayə qoysalar da, amerikalılar Ankaranı öz F-35-lərinin hazırlanması və təchizatı proqramından kənarlaşdırıb. Türkiyə buna qəti şəkildə etirazını bildirib. Əvəzində Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alıb. Bu isə ABŞ-da hiddət doğurub.