BAKI, 24 dekabr - Sputnik. Taliban* (*hərəkət terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır) Əfqanıstandakı bütün yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarına qadın işçilərin işini dayandırmağı əmr edib.
Bu barədə yerli 1TV telekanalı Əfqanıstan İqtisadiyyat Nazirliyinin sənədinə istinadən xəbər verib.
Bildirilir ki, işçilərin işinin "sonrakı xəbərdarlığa qədər" dayandırılması tapşırılıb.
Bundan əvvəl Əfqanıstan KİV-i Taliban hökumətinin Ali Təhsil Nazirliyinin Əfqanıstanda özəl və dövlət universitetlərində qız tələbələrin təhsilini dayandırmaq əmri verdiyini yazıb.
Əfqanıstanın ali təhsil naziri qızların dünyəvi universitetlərdə təhsil almasının İslam qanunlarını pozduğunu və İslam ənənələrinə zidd olduğunu bildirib.