AZƏRBAYCAN XƏBƏRLƏRİ

Sergey Narışkin Azərbaycan Prezidentini təbrik edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 61 yaşı tamam olur.
Sputnik
BAKI, 24 dekabr - Sputnik. Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.
Sizə Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dostlarınızın səmimiyyətini və diqqətini, Sizə əziz və yaxın insanların sevgisini arzu edirəm.
Fürsətdən istifadə edib Rusiya və Azərbaycan xüsusi xidmətlərinin qarşılıqlı fəaliyyətinin inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.
Bu qarşılıqlı fəaliyyət bundan sonra da təhlükəsizliyin təmin edilməsinin, ölkələrimizin milli maraqlarının müdafiəsinin, regionda sülhün və sabitliyin qorunub saxlanmasının qarantı olacaq".