DÇ-2022

FİFA dünya çempionatında danışılmış oyunlarla bağlı iddialara aydınlıq gətirib

2022-ci il dekabrın 22-də danışılmış oyunlar və üz-üzə mübarizələrin ədalətliliyi ilə bağlı məsələlərin monitorinqi üçün yaradılmış çoxtərəfli işçi qrupu işini başa çatdırıb.
Sputnik
BAKI, 24 dekabr - Sputnik. Beynəlxalq Futbol Federasiyası (FİFA) öz saytında 2022-ci ilin dünya çempionatında danışılmış oyunların olmadığını iddia edən hesabat yayıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Qeyd olunur ki, 2022-ci il dekabrın 22-də danışılmış oyunlar və üz-üzə mübarizələrin ədalətliliyi ilə bağlı məsələlərin monitorinqi üçün yaradılmış çoxtərəfli işçi qrupunun işi başa çatıb. Belə hadisələr müəyyən edilməyib.
Xatırladaq ki, dekabrın 18-də Argentina millisi turnirin finalında Fransa yığmasını məğlub edib. Oyunun əsas hissəsi 2:2 hesabı ilə başa çatıb, əlavə vaxtda qapılara daha bir qol vurulub - 3:3, penaltilər seriyasında argentinalılar daha dəqiq olub - 4:2.
FOTO
DÇ-2022-nin qaliblərinin mükafatlandırma mərasimi - Fotolar