HADİSƏ

Yük və minik avtomobilləri toqquşub, ölənlər var

"KamAZ" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Sputnik
BAKI, 23 dekabr — Sputnik. Masallı rayonunda iki nəfərin ölümü, dörd nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.
Hadisə köhnə Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, "KamAZ" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bir neçə gün öncə Siyəzən rayonunda baş verən qəzada 6 nəfər ölüb.