BAKI, 23 dekabr - Sputnik. “Dost Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir”.
Bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə ünvanladığı məktubda deyilir.
“Dövlətlərimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinin nizamlanmasına və möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Bizim etimada və yoldaşlığa əsaslanan münasibətlərimizi olduqca yüksək dəyərləndirirəm. Əminəm ki, biz gündəlikdə duran aktual ikitərəfli və regional məsələlərə dair sıx birgə işimizi davam etdirəcəyik”, - Rusiya Prezidenti bildirib.