PAYTAXT XƏBƏRLƏRİ

Ölkə başçısı “Xocəsən” elektrik deposunun və stansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev Bakı Metropoliteninin “Xocəsən” elektrik deposunun və stansiyasının açılışında iştirak edib
Sputnik
BAKI, 23 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bakı Metropoliteninin “Xocəsən” elektrik deposunun və "Xocəsən" stansiyasının açılışında iştirak edib.
Artıq bu gündən "Xocəsən" istiqamətində qatarların hərəkətinə başlanılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bakı Metropoliteninin “Xocəsən” elektrik deposunun və "Xocəsən" stansiyasının açılışında iştirak edib
Xatırladaq ki, bir müddət əvvəl "Bakı Metropoliteni" QSC-nin tikintisi yekunlaşan, şərti adı "Xocəsən" olan stansiyasına rəis təyin edilib.
Bununla bağlı səhmdar cəmiyyətin rəisi Zaur Hüseynov müvafiq əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifə Seyfulla Vəliyevə həvalə olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bakı Metropoliteninin “Xocəsən” elektrik deposunun və "Xocəsən" stansiyasının açılışında iştirak edib
S.Vəliyev bundan əvvəl "Nəriman Nərimanov" metrostansiyasının rəisi olub. S.Vəliyevin yerinə isə təyinat olmayıb və burada rəis vəzifəsinin icrası müvəqqəti olaraq rəis müavininə tapşırılıb.