NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neftin qiyməti artıb

"Azeri Light" (CIF) markalı neft bahalaşıb
Sputnik
BAKI, 23 dekabr — Sputnik. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin fevral müqaviləsinin dəyəri 1,41% artıb. Nətikcədə 1 barelə görə neftin qiyməti 82,12 dollar təşkil edib.
Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,02% artaraq, 78,28 dollara bərabər olub.
Dünya bazarında yerli brend - "Azeri Light" (CIF) markalı neft bahalaşıb.
Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,82 ABŞ dolları və ya 0,95% artaraq, 87,22 dollar təşkil edib.
Xatırladaq ki, bundan öncə müxtəlif ölkələrin mərkəzi banklarının faiz dərəcələrini artırmasından sonra neftin qiyməti düşüb.
Dekabr iclasında ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini gözlənildiyi kimi illik 4,25-4,5% səviyyəsinədək artırıb. Bundan başqa, Avropa Mərkəzi Bankı və Böyük Britaniya Mərkəzi Bankı faiz dərəcələrini 50 faiz bəndi artıraraq müvafiq olaraq 2,5% və 3,5%-ə çatdırıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.