BAKI, 23 dekabr — Sputnik. Rusiya sülhməramlıları Laçın dəhlizində yaranmış vəziyyəti nizamlamaq üçün hər saat işləyir və tərəflərlə əlaqə saxlayır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Əlbəttə, biz hazırda ən çox maraq doğuran vəziyyəti - Laçın dəhlizində vəziyyətin gərginləşməsini nəzərdən keçirdik. Biz təsdiq etdik ki, Rusiya sülhməramlıları müvafiq tərəflərlə təmaslarda vəziyyəti həll etmək üçün sözün həqiqi mənasında saat başı işləyirlər", - o deyib.
"Və biz ən qısa zamanda tam hüquqlu nəqliyyat əlaqələrinin bərpasının və regionda filiz yataqlarının işlənilməsi ilə bağlı fikir ayrılıqlarının həllinin tərəfdarıyıq. Köhnə mövzudur, Sovet İttifaqından miras qalıb və təbii ki, onun mümkün qədər tez aradan qaldırmaq lazımdır. ", - o əlavə edib.
Lavrov qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında davamlı, ədalətli sülhün əldə olunmasında və təxribatların qarşısının alınmasında maraqlıdır.