BAKI, 23 dekabr — Sputnik. Respublikaçı konqresmen Mett Qets ABŞ Konqresində Vladimir Zelenskiyə ünvanlanan alqışları "Şimali Koreyaya xas bir performans" adlandırıb.
Respublikaçıların nümayəndələri Mett Qets və Loren Bobert Zelenskinin konqresdəki çıxışı zamanı ayağa qalxıb onu alqışlamaqdan imtina ediblər.
"Ancaq daha çox sayda ölümə səbəb olduğumuz və münaqişəni daha da pisləşdirdiyimiz bu yerə sonsuz miqdarda pul göndərməyin lazım olmadığını söylədiyimiz zaman, belə görünür ki, biz hərəkata xainik, çünki Loren Bobert və mən bu cür Şimali Koreya üslublu tamaşa zamanı ayağa qalxmadıq"– deyə Qets "Fox News" telekanalının efirində söyləyib.
Konqresmen, həmçinin, bildirib ki, Ukrayna "tarixi korrupsioner ölkədir".
Xatırladaq ki, Zelenski çərşənbə günü Vaşinqtona gəlib. Burada o, ABŞ Prezidenti Co Baydenlə danışıqlar aparıb və ABŞ Konqresində çıxış edib.