BAKI, 23 dekabr - Sputnik. Çində pandemiya dövründəki ən böyük COVID-19-a yoluxma dalğası qeydə alınıb.
APA-nın məlumatına görə, son sutkada koronavirusa 37 milyon nəfər yoluxub.
Çin Milli Səhiyyə Komissiyasının çərşənbə günü keçirilən qapalı iclasında koronavirusa yoluxma halları ilə bağlı qeyri-rəsmi statistika açıqlanıb.
İclasın protokoluna görə, bu həftənin əvvəlində bir gündə Çində 37 milyona qədər insan yoluxub. Ümumilikdə dekabrın ilk 20 günündə ölkədə 248 milyon insan, yəni əhalinin təxminən 18%-i xəstələnib.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.