SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov: Münasibətlərimizin 30 illik yubiley ilinə yekun vura biləcəyik

Bu ayında əvvəlində keçirilən görüşdə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün üçüncü raundunun Moskvada keçirilməsi barədə razılıq əldə olunmuşdu.
Sputnik
BAKI, 23 dekabr — Sputnik. Düşünürəm ki, bu gün məhsuldar müzakirəmiz olacaq, münasibətlərimizin 30 illik yubiley ilinə yekun vura biləcəyik.
Bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.
"Dəvətə və bu görüşün təşkilinə görə sizə təşəkkürümü bildirirəm. Siz tamamilə doğru qeyd etdiniz ki, bu ayında əvvəlində keçirilən görüşdə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün üçüncü raundunun Moskvada keçirilməsi barədə razılıq əldə olunmuşdu. Sizinlə planlaşdırmışdıq ki, üçtərəfli görüşdən başqa ikitərəfli görüş də keçirək", - Ceyhun Bayramov deyib.
SİYASƏT
Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb