HADİSƏ

Azərbaycanda məhkəmə iclası zamanı ölüm hadisəsi baş verib

62 yaşlı Ş.Qədimov dələduzluqda təqsirləndirilirdi.
Sputnik
BAKI, 23 dekabr - Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında ölüm hadisəsi baş verib.
"Report"un xəbərinə görə, bu barədə ölən Şəmil Qədimovun vəkili Adəm Məmmədov məlumat verib.
"Hüquqlarını müdafiə etdiyim Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı vəfat etdi", - o, əlavə edib.
62 yaşlı Ş.Qədimov dələduzluqda təqsirləndirilirdi.