RUSİYA

FTX Ukrayna ilə əməkdaşlıq edən şəxslərin saxlanıldığını açıqladı

Məlumata görə, saxlanılanlardan biri Ukraynaya Rusiya hərbçilərinin olduğu yer və hərbi texnikanın hərəkəti barədə məlumat verib.
Sputnik
BAKI, 23 dekabr — Sputnik. Rusiyanın Federal Təhlükəsizlik Xidməti Perm diyarında, Yəhudi Muxtar Vilayətində və Rostov vilayətində terror aktları törətmək niyyətində olan və Ukrayna Təhlükəsizlik Xidmətinə məxfi məlumatlar ötürən Rusiya və Ukrayna vətəndaşlarının saxlanıldığını açıqlayıb. Bu barədə İnterfaks xəbər yayıb.
Məlumata görə, saxlanılanlardan biri Ukraynaya Rusiya hərbçilərinin olduğu yer və hərbi texnikanın hərəkəti barədə məlumat verib.
"Nəticədə Ukrayna Silahlı Qüvvələrinin bölmələri "HIMARS"la ötürülən koordinatlar üzrə raket hücumu həyata keçirib", - məlumatda deyilir.
Saxlanılan şəxslər barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci ("casusluq şəklində dövlətə xəyanət", "xarici dövlətin nümayəndələrinə digər yardımların göstərilməsi şəklində dövlətə xəyanət") və 276-cı maddəsi ilə ("casusluq") cinayəş işi başlanıb.
Dekabrın 19-da FTX xəbər verib ki, Sevastopol şəhər məhkəməsinin qərarı ilə Krım sakinini Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci "Dövlətə xəyanət" maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 12 il müddətinə sərt rejimli cəzaçəkmə müəsssinə göndərilib.
Xidmətin məlumatına görə, 2020-ci ildən 2021-ci ilə qədər olan dövrdə Rusiya vətəndaşı Yevgeni Petruşin Rusiya Federasiyasının Qara dəniz donanmasının fəaliyyəti ilə bağlı məlumatları Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə ötürüb.