RUSİYA

Vardanyan Rusiya vətəndaşlığından çıxarıldı

Rusiya Prezidenti Vladimir Putin iş adamı Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxmaq barədə ərizəsini təmin edib.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin iş adamı Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxmaq barədə ərizəsini təmin edib. Bu barədə müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
"Aşağıdakı şəxsin Rusiya Federasiyasının vətəndaşlığından çıxması ilə bağlı müraciətləri təmin edilsin: 1) Vardanyan Ruben Karlenoviç, 25 may 1968-ci ildə Ermənistanda anadan olub", - sənəddə deyilir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev dekabrın 13-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün brifinqdə bildirib ki, kriminal iş adamı olan Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərini talan etməsinə və ətraf mühitə ciddi ziyan vurmasına imkan verilməyəcək.