RUSİYA

Sülhməramlılar əllərindən gələn hər şeyi edirlər - Peskov

Ermənistanın baş naziri Nikol Paşinyan iddia edir ki, Rusiya sülhməramlıları guya Laçın dəhlizinə nəzarətlə bağlı öhdəliklərini yerinə yetirmirlər.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. "Qarabağdakı Rusiya sülhməramlıları razılaşmaların ruhuna uyğun hərəkət edərək asayişi və əmin-amanlığı təmin etmək üçün mümkün olan hər şeyi edirlər". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açqılamasında bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan iddia edir ki, Rusiya sülhməramlıları guya Laçın dəhlizinə nəzarətlə bağlı öhdəliklərini yerinə yetirmirlər.

"Rusiya sülhməramlıları mövcud olduqları ərazilərdə asayişi və əmin-amanlığı təmin etmək üçün mümkün olan hər şeyi edirlər. Onlar yalnız ölkələr arasında imzalanmış müvafiq sənədlərin ruhuna uyğun hərəkət edirlər", - Peskov bildirib.

Xatırladaq ki, 2022-ci ilin dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.
Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.