RUSİYA

Qərbin neftin qiymətinə qoyduğu tavandan Rusiya üçün heç bir itki yoxdur - Putin

Rusiya prezidenti bazar ertəsi neftin qiymətinin tavanına cavab tədbirləri haqqında sənədə imza atacaq.
Sputnik
BAKI, 22 dekabr - Sputnik. Qərbin müəyyən etdiyi neftin qiymətinin tavanından Rusiya üçün heç bir itki yoxdur - nə yanacaq-energetika kompleksi, nə də büdcə üçün. RİA Novosti xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Rusiya prezidenti Vladimir Putin deyib.
“Geosiyasi rəqiblərimizin və düşmənlərimizin məqsədi aydındır - Rusiya büdcəsinin gəlirlərini məhdudlaşdırmaq, lakin... biz bu tavandan heç nə itirmirik. Rusiyanın yanacaq-energetika kompleksi, iqtisadiyyatı və büdcəsi üçün heç bir itki yoxdur”, - deyə Rusiya lideri bildirib.
Qərbin neft sanksiyaları dekabrın 5-dən qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə daşınan Rusiya neftinin qəbulunu dayandırdı, bundan əlavə, G7 ölkələri, Avstraliya və Aİ belə neftə 60 dollar/barel qiymət həddi tətbiq etməklə yanaşı, marjinal dəyəri lazım olduqda tənzimləməyə imkan verib.
Rusiya prezidenti həmçinin bildirib ki, bazar ertəsi-çərşənbə axşamı Rusiya neftinin qiymətinin tavanına cavab tədbirləri haqqında fərman imzalayacaq:
"Bilirsiniz, fərmanı bazar ertəsi və ya çərşənbə axşamı hardasa imzalayacağam. Bunlar qabaqlayıcı tədbirləridir", - deyə Putin jurnalistlərlə söhbətində bildirib.