BAKI, 22 dekabr — Sputnik. Onlayn yolla narkotik satışında təqsirləndirilən İbrahim Ələsgərova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, İ.Ələsgərov Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə keçirdiyi əməliyyatlar zamanı saxlanılıb.
O, sosial şəbəkələr vasitəsilə vətəndaşları narkokuryerliyə cəlb edən və onlayn yolla narkotik maddələrin satışını həyata keçirən mütəşəkkil cinayətkar dəstənin üzvü olub.
Üzv olduğu dəstədən ümumilikdə 90 kiloqram narkotik vasitə və psixotrop maddə, 2815 ədəd psixotrop tərkibli həb və 75 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkar edilib.