Dolların erası keçdikcə milli valyutalar möhkəmlənəcək - Beynəlxalq Siyasi və İqtisadi Strategiyalar İnstitutunun direktoru Yelena Panina "Rus dilində Sputnik"-ə müsahibəsində belə deyib.
Onun sözlərinə görə, amerikalılar özləri dollara olan inamı sarsıdıb və bütün dünyaya nümayiş etdiriblər ki, əmanətlərini bu valyutada saxlamaq sadəcə təhlükəsiz deyil. Çünki hər an oğurlana bilərlər. Buna görə də bir çox ölkələr getdikcə daha çox milli valyutalarda beynəlxalq ödənişlərə keçirlər.
Bundan əlavə, ekspert rublun beynəlxalq ticarətdə əhəmiyyəti, Aİİ və İran arasında əlaqələrin inkişafı, Rusiya, Qazaxıstan və Özbəkistanın üçtərəfli qaz ittifaqı, eləcə də MDB-nin gələcəyi barədə fikirlərini bölüşüb.