DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lukaşenko: Rusiya ilə təlimlərimiz daha böyük xarici təhdidlərə görədir

Belarus prezidenti bildirib ki, uzunmüddətli razılaşmalara əsasən, Belarus və Rusiya İttifaq dövlətinə qarşı təhdidlərə birgə cavab vermək üçün silahlı qüvvələr qrupu yaradıblar.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. Belarus-Rusiya birgə qoşun qruplaşmasının respublika ərazisində təlim keçməsində konspirologiya nəzəriyyələri axtarmağa ehtiyac yoxdur: təlimlər daha böyük xarici təhdidlərə görədir. Rusiya mətbuatının xəbərinə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Sülh istəyirsənsə, müharibəyə hazırlaş. Bunu nə mən icad etmişəm, nə də siz. Bununla da cəmiyyətimizdə, xüsusən də internetdə Belarus və Rusiya silahlı qüvvələrinin birgə hərəkəti ilə bağlı yayılan hər cür şayiələrə cavab vermək istəyirəm", - deyə Lukaşenko bildirib.
O xatırladıb ki, uzunmüddətli razılaşmalara əsasən, Belarus və Rusiya İttifaq dövlətinə qarşı təhdidlərə birgə cavab vermək üçün silahlı qüvvələr qrupu yaradıblar.

"Biz təlimlər keçirmişik və keçiririk. İndi mövcud vəziyyətə və təhdidlərə görə onlar daha geniş miqyasdadır. Ona görə də biz öz ərazimizdə təlimlər keçiririk. Biz həm silahlı qüvvələrin birgə qruplaşmasını, həm də silahlı qüvvələrimizi hərəkətə gətiririk. Başqa plan yoxdur", - Lukaşenko vurğulayıb.

Oktyabrın 10-da Lukaşenka Rusiya Prezidenti Vladimir Putinlə İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin gərginləşməsi ilə bağlı regional qoşun qrupunun cəlb edilməsi barədə razılığa gəldiyini bəyan edib. Belarus Müdafiə Nazirliyi açıqlayıb ki, Belarusdakı qoşunların müştərək regional qruplaşmasında Rusiya hərbçilərinin ümumi sayı 9 mindən bir qədər az olacaq.
Rusiya hərbi personalı, o cümlədən regional qoşun qruplaşmasının aviasiya komponenti Belarusa gəlməyə başlayıb. Həmçinin Rusiya Federasiyasından Belarusda yerləşdirilən Belarus-Rusiya qoşun qruplaşmasının tərkibinə 170-ə yaxın tank, 200-ə qədər zirehli döyüş maşını və 100-ə qədər çaplı 100 mm-dən çox silah və minaatanların gəlməsi planlaşdırılır.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya və Belarus oktyabrın 22-dən Belarus ərazisində regional qüvvələrin birləşmələri və bölmələrinin döyüş koordinasiyasını həyata keçirir.