BAKI, 22 dekabr — Sputnik. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 38 ticarət müəssisəsi və 12 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 31 müəssisədə nöqsanlar müəyyən olunub.
Bu barədə AQTA-dan məlumat verilib.
Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 23, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 5, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 4, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 18, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələrin adları ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz.