RUSİYA

Adi avropalılar qaz və neftin qiymət həddinin bədəlini ödəyəcəklər - Volodin

Volodin bildirib ki, öz vətəndaşlarının maraqları naminə müstəqil siyasət apara bilməyən ölkələrin inkişaf perspektivi yoxdur.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. Aİ-nin rifahı illərdir Rusiyanın ucuz enerji resursları hesabına qurulub, sadə Avropa vətəndaşları Rusiyadan qaz və neft qiymətlərinə hədd müəyyən etmək üçün ödəniş edəcəklər. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
"Avropalılar üçün sosial sabitlik, iqtisadi artım və aşağı qiymətlər dövrləri keçmişdə qalıb. Bu gün onlar nəhayət anlamağa başlayıblar ki, Avropanın ən yaxşı illəri Rusiya və onun resursları sayəsində olub", - Volodin "Telegram" kanalında yazıb.
Onun fikrincə, sadə Avropa vətəndaşları bu cür tədbirlər fonunda Aİ-də sənayenin tənəzzülünə, müəssisələrin bağlanmasına və imkanların başqa ölkələrə verilməsinə, başqa sözlə, Avropa dövlət başçılarının avantürist siyasətinə görə bədəl ödəyəcəklər".
Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin
Parlamentari hesab edir ki, Aİ ABŞ-ın təsiri altına düşüb və öz subyektivliyini və suverenliyini itirib.
"Öz vətəndaşlarının maraqları naminə müstəqil siyasət apara bilməyən ölkələrin inkişaf perspektivi yoxdur", - deyə o, fikirlərini yekunlaşdırıb.
Onu da xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyadan sərt şəkildə təcrid etmək olmaz.