TƏHSİL

Yeni imtahan mərkəzi gələn il təhvil veriləcək - Dövlət İmtahan Mərkəzi

Yeni mərkəzdə 850-dən çox şəxsin eyni anda imtahan verməsi üçün şərait olacaq
Sputnik
BAKI, 21 dekabr — Sputnik. "Yeni imtahan mərkəzi təhvil veriləndən sonra imtahanların çoxu kompüter üzərindən aparılacaq".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, yeni imtahan mərkəzinin gələn ilin ortasında təhvil veriləcəyi gözlənilir: "Orada 850-dən çox şəxsin eyni anda imtahan verməsi üçün şərait olacaq. Bu vaxta qədər elektron imtahanları həftənin müəyyən günlərində keçirirdik. Lakin bina hazır olandan sonra cədvələ də dəyişiklik olacaq və orada demək olar hər gün imtahan keçiriləcək".