BAKI, 21 dekabr — Sputnik. Dekabr ayının 17-də saat 02:06-da Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birlikdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Goytəpə" sərhəd dəstəsinin Cəlilabad rayonunun Dələli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş 3 nəfər Əfqanıstan İslam Respublikası vətəndaşları saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini pozaraq Azərbaycan Respublikasına gəlməkdə məqsədlərinin ölkə ərazisindən tranzit yolla, daha sonra Avropa ölkələrindən birinə qanunsuz miqrasiya etmək olduğu müəyyən edilib.
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Dekabr ayının 20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Şahtaxtı" dövlət sərhədindən buraxılış məntəqəsində, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində rəsmi qaydada keçən İran vətəndaşı 1966-cı il təvəllüdlü Azizmohammad Mahmoud Najiollah oğlunun idarə etdiyi "DAF" markalı XB389BX dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük əməkdaşları ilə birlikdə keçirilmiş baxış zamanı avtomobilin qoşqusunun arxa qapısının arakəsmə hissəsində gizlədilmiş halda 37,4 kiloqram marixuanaya bənzər narkotik vasitə aşkar edilib.
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
© Photo : State Border Service
Fakt üzrə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.