RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Putin: Ukrayna ilə münaqişə qaçılmaz idi

Rusiya lideri bildirib ki, "Sarmat" qitələrarası balistik raketin döyüş hazırlığına salınması gecikir, lakin bu, planların həyata keçirilməsinə təsir etməyəcək.
Sputnik
BAKI, 21 dekabr — Sputnik. Rusiya ordusunun maliyyələşdirilməsində heç bir məhdudiyyət yoxdur.
Bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışında bildirib.
Putin Müdafiə Nazirliyinə öz ünvanına tənqidə hətta emosional olsa belə, diqqətli yanaşmağı, onu eşitmək və vaxtında cavab verməyi tapşırıb.
"Ordunun maliyyələşdirilməsində heç bir məhdudiyyət yoxdur. Hökumət, ölkə ordunun ehtiyac duyduğu hər şeyi təmin edir", deyə Rusiya Prezidenti vurğulayıb.
Rusiya Prezidenti deyib ki, ölkəsi "nüvə üçlüyü"nü inkişaf etdirməyə davam edəcək: "Bu, suverenliyimizin və ərazi bütövlüyümüzün qorunub saxlanmasının əsas təminatıdır. "Sarmat" qitələrarası balistik raketin döyüş hazırlığına salınması gecikir, lakin bu, planların həyata keçirilməsinə təsir etməyəcək. Bu raketlər yaxın vaxtlarda döyüş növbətçiliyinə gətiriləcək".
Putin xüsusi hərbi əməliyyata da toxunub. O qeyd edib ki, Ukraynada baş verənlər ümumi faciəmizdir.
"Bizi qınamağa heç nə yoxdur. Biz Ukrayna xalqını həmişə qardaş xalq hesab etmişik. Mən hələ də belə düşünürəm. Baş verənlər təbii ki, bizim faciəmizdir. Bizim ümumi faciəmizdir. Amma bu, bizim siyasətimizin nəticəsi deyil. Həmişə buna - rus dünyasının inteqrasiya etməsinin qarşısını almağa can atan başqa dövlətlərin, üçüncü dövlətlərin siyasətinin nəticəsidir. Onlar müəyyən dərəcədə buna müvəffəq oldular və bizi hazırda olduğumuz xəttə itələdilər", deyə Putin vurğulayıb.
Rusiya prezidenti qeyd edib ki, Ukrayna ilə münaqişə qaçılmaz idi: "Bu gün olması, sabah olmasından yaxşıdır".
Putin Rusiyanın keçmiş səhvlərini təkrar etməyəcəyini bildirib.