DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Medvedev və Si Tszinpin postsovet məkanındakı vəziyyəti müzakirə ediblər

Tərəflər, həmçinin beynəlxalq xarakterli bir sıra mühüm məsələlər üzrə vəziyyəti nəzərdən keçiriblər.
Sputnik
BAKI, 21 dekabr — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və Çin sədri Si Tszinpin postsovet məkanındakı vəziyyəti, o cümlədən Ukrayna böhranını müzakirə ediblər. Bu barədə Medvedevin katibliyi məlumat yayıb.
"Tərəflər, həmçinin beynəlxalq xarakterli bir sıra mühüm məsələlər üzrə vəziyyəti nəzərdən keçiriblər. Moskva və Pekinin ən aktual dünya problemlərinə yanaşmalarının geniş şəkildə üst-üstə düşdüyü bildirilib, xarici siyasətin strateji koordinasiyası mövzusuna, o cümlədən daxili siyasətə toxunublar. BMT və digər çoxtərəfli platformalarda, o cümlədən ŞƏT, BRİKS və G20, Ukrayna böhranı da daxil olmaqla, postsovet məkanındakı vəziyyəti müzakirə ediblər", - məlumatda qeyd olunub.
Medvedev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin dəvəti ilə dekabrın 20-21-də Pekində səfərdə olub. Nümayəndə heyətinə həmçinin "Vahid Rusiya" Baş Şurasının katibi, Federasiya Şurası sədrinin birinci müavini Andrey Turçak və Dövlət Dumasında partiya fraksiyasının rəhbəri Vladimir Vasilyev də daxildir.