TƏHLİL

"Bu, dibsiz quyudur." NATO hansı problemlə üzləşib?

Ümumi tendensiya dəyişir, çünki bahalı silahların tədarükü sonsuz deyil.
Sputnik
Andrey Kots, RİA Novosti
Ukraynaya təchizatla bağlı NATO-da getdikcə daha çox problemlər yaranır. Kiyevi silahla dolduran bir çox Qərb ölkələri artilleriya sursatlarının çatışmazlığı ilə üzləşiblər. Qarşıdan gələn "mərmi aclığı" haqqında – "RİA Novosti"nin materialında.
Material qıtlığı
Artıq on aya yaxındır ki, Qərb silahları Ukraynaya sonsuz axınla axır. NATO ölkələri getdikcə daha çox hərbi texnika göndərirlər. Bununla belə, Avropada və ABŞ-da əlavə yardımın məqsədəuyğunluğuna şübhələr getdikcə artır.
Birləşmiş hava qüvvələrinə edilən stavka qəddar bir zarafata səbəb oldu: Məlum oldu ki, Brüssel və Pentaqon, artilleriya və zirehli texnikanın kütləvi istifadəsi ilə döyüşlər olacağını nəzərə almayıblar.
Siyasətçiləri və hərbçiləri xüsusi narahat edən məsələ Ukrayna tərəfinin çoxlu sursat istehlakıdır. Qərb tədarükünün aslan payı NATO-da ən çox yayılmış 155 millimetr çaplı artilleriyadır. Kiyev yüzlərlə yedəyə alınmış Amerika "M777" haubitsaları, fransız "Sezar" silahları, alman "PzH 2000" özüyeriyən silahları, İsveç "Archer" sistemləri və s. alıb. Bütün bunlar cəbhədə fəal şəkildə istifadə olunur ki, bu da avadanlıqların aşınmasına səbəb olur, həmçinin mərmilərin daimi və fasiləsiz təchizatı tələb olunur. Lakin NATO-nun ehtiyatları sonsuz deyil.
Almanlar ilk olaraq həyəcan təbili çaldılar. "Die Welt" qəzeti hesablama apararaq Bundesverin topçuları üçün mərmilərin maksimum bir neçə gün intensiv döyüş əməliyyatlarına kifayət edəcəyini təxmin etdi. İtkiləri tez bir zamanda kompensasiya etmək mümkün olmayacaqdı: müdafiə sənayesi, sadəcə olaraq, 155 millimetr çaplı sursatın kütləvi istehsalı üçün nəzərdə tutulmayıb.
Xammal çatışmazlığı vəziyyəti daha da çətinləşdirir. Mərmi istehsalı üçün lazım olan pambıq linti Almaniyaya Çindən gətirilir. ÇXR isə dekabrın əvvəlində naməlum səbəblərdən başqa bir partiyanın göndərilməsini təxirə saldı. Bundan əlavə, Bundesver etiraf edib ki, son aylarda bu material üçün sifarişlərin icra müddəti üç dəfə uzanıb.
Vəsait çatışmazlığı da problemin həllinə mane olur. Dekabrda Almaniyanın maliyyə naziri Kristian Lindner müdafiə naziri Kristina Lambrextin sursat üçün pul ayrılması xahişini rədd edib. Rəsmi səbəb kimi "mürəkkəb bürokratik prosedurlar" göstərilir.
İstehsalın artırılması
Amerikalılar Kiyevə bir milyondan çox 155 mm-lik mərmi təhvil veriblər. Pentaqonun ordu anbarları nəzərəçarpacaq dərəcədə boşalıb. Nəticədə, yayda Kiyevə aylıq 75.000-dən 120.000-ə qədər mərmi ötürülsə də, noyabrda M777 haubitsaları üçün yalnız 21.000 ədəd döyüş sursatı göndərilib.
"Bayden administrasiyasının səyləri iki ciddi milli təhlükəsizlik problemini ortaya qoyub: kifayət qədər sursat tədarükü və kritik məhsulların istehsalının sürətlə artması səbəbindən hərbi sənaye kompleksinin üzləşdiyi çətinliklər", - deyə "The National Interest"in Amerika nəşri vurğulayıb. - "Təəssüf ki, sənaye onilliklər ərzində kifayət qədər maliyyələşdirilməyib və bu, nələrinsə çatışmamazlığına - qıtlığına səbəb olub."
Bundan əvvəl "The Wall Street Journal" qəzeti Ukrayna Silahlı Qüvvələri üçün Cənubi Koreyadan 100 minə yaxın mərminin alınacağını bildirmişdi. Vaşinqton başa düşür ki, bu, yalnız müvəqqəti variantdır: KXDR-dən artilleriya təhlükəsini zərərsizləşdirmək üçün Seulun özünə sursat lazımdır.
Amerika Birləşmiş Ştatları vəziyyəti təcili olaraq düzəltməyə çalışır. Pentaqon bu yaxınlarda 155 mm-lik sursat üçün iki hökumət sifarişi verib. Texas və Ohayo ştatlarında yeni istehsal xətləri açılacaq.
Amerika ordusu mərmi sayını yaza qədər ayda 20 min, 2025-ci ilə qədər 40 minə çatdıracağına söz verib. Bununla belə, bunun gündəlik on minə qədər NATO çaplı mərmi atan Ukrayna Silahlı Qüvvələrinə nə qədər kömək edəcəyi bəlli deyil. Rusiya artilleriyası bütün təmas xətti boyunca orta hesabla üç dəfə çox istifadə edir.
Yanaşmaya yenidən baxılması
Fransa, İtaliya və Böyük Britaniya da ehtiyatların tükəndiyini bəyan ediblər. Yeri gəlmişkən, "The Guardian"ın yazdığına görə, London, tezliklə 250 milyon funt-sterlinqlik müqavilə əsasında Kiyevə yüz minlərlə artilleriya sursatı göndərəcək.
Həmçinin, raket sistemləri və zenit silahları da təhvil veriləcək. Eyni zamanda, baş nazir Rişi Sunak rəsmilərə Ukrayna münaqişəsinin gedişatını və Britaniyanın dəstəyinin oynadığı rolu qiymətləndirməyi tapşırıb. Başqa sözlə, o, Ukrayna Silahlı Qüvvələrinə yatırılan vəsaitlərin maliyyə auditinin aparılmasına göstəriş verib.
MDBMİ-nin "Hərbi-siyasi araşdırmalar Mərkəzi"nin direktoru Aleksey Podberyozkin deyir: "Ümumi tendensiya dəyişir, çünki bahalı silahların tədarükü sonsuz deyil. Bir mərmi minlərlə dollara başa gəlir. Deyək ki, bir artilleriya batalyonu üçün tədarük bir-iki həftəyə bəs edir. Onların istehsalının orta dövrü isə, təxminən, bir ildir".
NATO-da qıtlıq şəraitində 155 mm-lik haubitsa əvəzinə 105 mm-lik haubitsa verməyə qərar veriblər. 1950-ci illərdə istehsal olunan bu yüngül silahlar müasir silahlardan xeyli aşağı səviyyədədir. Atış məsafəsi - on kilometrdən çox deyil. Bu, o deməkdir ki, Ukrayna Silahlı Qüvvələrinin artilleriya ekipajları sıx cavab atəşi altında təmas xəttinə çox yaxınlaşmalıdır.
Təbii ki, analitiklərin qeyd etdiyi kimi, NATO öz müdafiə sənayesinin ciddi şəkildə işlədərsə, sursat çatışmazlığı olmayacaq. Amma bu çox vaxt aparacaq.