BAKI, 21 dekabr — Sputnik. ABŞ silahlarının Ukraynaya çatdırılması münaqişənin genişlənməsinə gətirib çıxarır ki, bu da yaxşı heç nə vəd etmir. Bu fikri jurnalistlərə açıqlamasında Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Vaşinqton tərəfindən silah tədarükü davam edir, tədarük edilən silahların çeşidi genişlənir. Bütün bunlar, əlbəttə ki, münaqişənin kəskinləşməsinə gətirib çıxarır və əslində, Ukrayna üçün yaxşı heç nə vəd etmir", - Peskov bildirib.
Eyni zamanda, Rusiya liderinin mətbuat katibi vurğulayıb ki, Volodimir Zülünskinin ABŞ-a səfərindən sonra Kiyevin danışıqlarda mövqeyinin hansısa şəkildə dəyişəcəyinə ümid yoxdur.
Dekabrın 20-də KİV Zelenskinin dekabrın 21-də ABŞ-a səfər edəcəyini və Konqresin Nümayəndələr Palatası və Senatın birgə iclasında çıxış edəcəyini bildirib. Onun Ukraynaya milyardlarla dollarlıq hərbi yardıma görə qanunvericilərə təşəkkür edəcəyi, həmçinin Kiyevə ayrılan maliyyə resurslarının həcminin artırılmasını xahiş edəcəyi gözlənilir. Bu, Rusiya Federasiyasının Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri Zelenskinin ABŞ-a ilk səfəri olacaq. Bundan əlavə, CNN xəbər verir ki, Ukrayna lideri Kiyevə yardımı müzakirə etmək üçün ABŞ prezidenti Co Baydenlə şəxsən görüşəcək.
ABŞ administrasiyasının daha sonra təsdiq edib ki, Bayden və Zelenski Vaşinqtondakı görüşdə Ukraynadakı hərbi əməliyyatların gedişi, ABŞ-ınKiyevə hərbi yardımı və Qərbin anti-Rusiya sanksiyaları ilə bağlı strateji müzakirələr aparacaqlar.