RUSİYA

Türkiyənin məşhur serialı Rusiyada ən çox baxılan ekran əsəri sırasında

İlin yekunlarına görə, ABŞ-ın "Əjdaha evi", Türkiyənin "Sən çal kapımı" serialları və "Qara quş" filmi ən çox baxılan ekran əsərləri seçilib.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Türkiyənin "Sən çal kapımı" serialı bu il Rusiyada ən çox baxılan ekran əsərləri üçlüyünə daxil olub. Bu barədə "Kino Mail.ru" portalının mətbuat xidməti məlumat yayıb.
İlin yekunlarına görə, ABŞ-ın "Əjdaha evi", Türkiyənin "Sən çal kapımı" serialları və "Qara quş" filmi ən çox baxılan ekran əsərləri seçilib.
2020-ci ilin yayından başlayaraq Fox TV-də yayımlanan "Sen Çal Kapımı" serialının ssenari müəllifi Ayşe Üner Kutludur. Məşhur serialın rejissoru isə Ender Mıhlardır. Hande Erçel və Kerem Bürsinin baş rolları canlandıracağı "Sən Çal Kapımı" serialında Neslihan Yeldan, Bige Önal, Evrim Doğan və İsmail Ege Şaşmaz kimi məşhurlar rol alıb. Azərbaycanlı tamaşaçıların da sevə-sevə izlədiyi "Sən Çal Kapımı" serialı 8 iyul 2020-ci ildən yayımlanmağa başlayıb.