TƏHSİL

Məktəblərdə təmir və qaz çəkilişinə nə qədər vəsait xərclənəcək?

İdarə təhsil müəssisələrinin qazlaşdırılması üzrə "ENERMUS" QSC-ni tenderin qalibi seçib və şirkətə müqavilə üzrə 991,2 min manat ödəniləcək.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra təhsil müəssisələrinin cari təmiri, abadlıq işləri və məktəblərə qaz çəkilişi üzrə keçirilən iki tenderin nəticəsini açıqlayıb.
Dövlət vahid elektron satınalmalar portalı xəbər verir ki, cari təmir işləri üzrə tenderin qalibi "Mühəndislik Tikinti Təchizat" QSC olub və şirkətlə 5,7 milyon manat həcmində müqavilə imzalanıb.
İdarə təhsil müəssisələrinin qazlaşdırılması üzrə "ENERMUS" QSC-ni tenderin qalibi seçib və şirkətə müqavilə üzrə 991,2 min manat ödəniləcək.