BAKI, 20 dekabr — Sputnik. Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin dövlət başçılarının qeyri-rəsmi sammiti Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.
Bu barədə MDB-nın İcraiyyə Komitəsindən bildirilib.
Qeyd olunub ki, MDB liderlərinin qeyri-rəsmi sammiti 26-27 dekabrda keçiriləcək.
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, MDB-nin qeyri-rəsmi sammiti həm Birlik, həm də Belarus və Rusiya İttifaq dövləti çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə əlavə təkan verəcək.
"Gələn həftə isə Sankt-Peterburqda MDB dövlət başçılarının eyni dərəcədə vacib, qeyri-rəsmi görüşü olacaq. Ümid edirik ki, bu görüş əməkdaşlığımızın möhkəmlənməsinə əlavə təkan verəcək", -deyə Lebedev bildirib.
Moskva ilə Minsk arasında əməkdaşlıqdan danışan MDB İcraiyyə Komitəsinin sədri vurğulayıb ki, Rusiya və Belarus arasında əməkdaşlığın möhkəmlənməsinin ən parlaq göstəricisi ən yüksək səviyyədə təmasların aktivləşməsi olub.