CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Füzulidə azad edilmiş ərazilərə keçmək istəyən şəxs həbs olunub

Yoxlamalar zamanı onun müvafiq icazəsinin olmadığı müəyyən edilib. X.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Füzuli rayonunda azad edilmiş ərazilərə keçmək istəyən şəxs həbs olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Belə ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Xəyal Quliyev idarə etdiyi avtomobillə rayonun işğaldan azad edilmiş ərazilərinə stasionar postlardan kənar yollarla daxil olmaq istəyərkən saxlanılıb.
Yoxlamalar zamanı onun müvafiq icazəsinin olmadığı müəyyən edilib. X.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Qərara əsasən 25 gün müddətinə inzibati qaydada həbs edilib.
Xatırladaq ki, bir neçə gün öncə də Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazələri olmadan keçməyə cəhd göstərən şəxs həbs olunub, digəri cərimələnib. Yoxlamalar zamanı həmin şəxslərin müvafiq icazələri olmadığı müəyyən edilib və barələrində protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib.