SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın tələbi ilə BMT-də iclas keçiriləcək

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, iclasda Laçın dəhlizindəki vəziyyət müzakirə olunacaq.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. BMT Təhlükəsizlik Şurası Ermənistanın tələbi ilə iclas keçirəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan məlumat verib.
Onun sözlərinə görə, iclasda Laçın dəhlizindəki vəziyyət müzakirə olunacaq.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.