BAKI, 20 dekabr — Sputnik. Xaçmazda dəmir yolundan oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Belə ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları dəmir yolunun Sitalçay ərazisindən keçən işlək dəmir yolu xətlərindən rels yanlıqlarını oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini Ruslan Qədirovu saxlayıblar.
Araşdırmalar zamanı həmin şəxsin ümumilikdə 95 ədəd rels altlığı, 26 ədəd sıxac və 164 ədəd "kastil" oğurladığı məlum olub. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bir müddət öncə Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin İmişli stansiya Xətt Polis Şöbəsinin Şirvan stansiya Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus kontakt mis naqilləri oğurlayan şəxslər saxlanılmışdı.