DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Borrell və Abdullahiyan nüvə sazişi üzrə danışıqlar aparır

Aİ ilə İran arasında münasibətlərin pisləşməsi fonunda İranın xarici işlər naziri ilə zəruri görüş keçirilib.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İordaniyadakı danışıqlarda İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üçün ikitərəfli təmasları və səyləri davam etdirmək barədə razılığa gəliblər.
Borrell Əmmanda İraqa regional yardım konfransında iştirak edib.
"Aİ ilə İran arasında münasibətlərin pisləşməsi fonunda İranın xarici işlər naziri ilə zəruri görüş keçirildi. Rusiyaya hərbi dəstəyin və İranda repressiyaların dərhal dayandırılmasının vacibliyini vurğuladıq. Biz razılaşdıq ki, təmasları davam etdirək və Vyanada danışıqlar əsasında JCPOA-nı bərpa edək”, - Borrell “Twitter”də bildirib.
Qərb ölkələri iddia edir ki, İran hazırda Ukraynadakı hərbi əməliyyatlar üçün Rusiyaya pilotsuz təyyarələr verir. Moskva və Tehran dəfələrlə bu cür ittihamları rədd ediblər. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, Tehran Rusiya Federasiyasını Ukraynada xüsusi əməliyyatın başlamasına bir neçə ay qalmış pilotsuz təyyarələrlə təmin edib.
İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) 2015-ci ildə Çin, Fransa, Almaniya, Rusiya, Böyük Britaniya, ABŞ, Aİ və İranın özünün iştirak etdiyi uzunmüddətli danışıqlar nəticəsində qəbul edilib. Bununla belə, 2018-ci ilin mayında ABŞ-ın əvvəlki administrasiyası sazişdən çıxdığını elan etdi. Ötən ilin noyabrında Vyanada İranın nüvə proqramı və JCPOA-nın bərpası ilə bağlı danışıqlar keçirilib.