DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bill Qeytsin nüvə reaktoru Rusiyadan yanacaq olmadan vaxtında işə düşə bilməyəcək

ABŞ-da mövcud nüvə reaktorlarının 5%-ə qədər zənginləşdirmə ilə uran-235 yanacağı ilə işlədiyi bildirilir.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. "TerraPower" şirkətinin təkmil nüvə reaktorunun istismarı ən azı iki ildən sonra başlayacaq, çünki onun yeganə yanacaq mənbəyi Rusiyadır. Bill Qeyts tərəfindən maliyyələşdirilən şirkət ilk reaktorunu Vayominq ştatının Kemmerer şəhərində inşa etməyi planlaşdırır və onun 2028-ci ilə qədər tamamlanacağına ümid edir.
"TerraPower"-in baş direktoru Kris Levesk bildirib ki, yüksək təhlilli az zənginləşdirilmiş uranın (High-Assay Low-Enriched Uranium, HALEU) yeganə kommersiya mənbəyi "TerraPower" üçün, eləcə də sənayemizdəki digər şirkətlər üçün təchizat zəncirinin uyğun bir hissəsi olmaqdan çıxıb:
"Mövcud yanacaq çatışmazlığını və yeni yanacaq zənginləşdirmə qurğularının tikintisinə başlanmadığını nəzərə alaraq, "TerraPower"i, "Natrium" reaktorunun işə salınması üçün ən azı iki il gecikmə gözləyir".
"Terrapower"in "Natrium" kimi tanınan təkmillləşdirilmiş nüvə reaktoru adi nüvə reaktorlarından daha kiçik olacaq və 4 milyard dollara başa gələcək, özü də bu pulun yarısını ABŞ Energetika Nazirliyi ödəyəcək. Reaktor 345 meqavat baza gücü təklif edəcək və onu 500 meqavata qədər - orta ölçülü ABŞ şəhərini enerji ilə təmin etmək üçün lazım olanın təxminən yarısı qədər genişləndirmək potensialına malik olacaq.
Ölkənin Energetika Nazirliyinin məlumatına görə, ABŞ-da mövcud nüvə reaktorları parkı 5%-ə qədər zənginləşdirmə ilə uran-235 yanacağı ilə işləyir.
Qeyd etmək lazımdır "HALEU" 5%-dən 20%-ə qədər zənginləşdirməyə malikdir. Birləşmiş Ştatlar "HALEU" yanacağını kommersiya miqdarları ilə təmin etmək üçün zənginləşdirmə qabiliyyətinə malik deyil, ona görə də Kris Leveskin dediyi kimi, "TerraPower" "aktiv zonamızın ilk yükü üçün Rusiyadan "HALEU"dan istifadə edilməsini ehtimal edir".
Rusiyanın artıq etibarlı ticarət tərəfdaşı ola bilməyəcəyi məlum olduqda, "TerraPower", Energetika Nazirliyi və digər maraqlı tərəflər "HALEU" yanacağının alternativ mənbələrini axtarmağa başladılar. Leveskin sözlərinə görə, onlar qanunvericiləri "HALEU" istehsalını dəstəkləmək üçün 2,1 milyard dollar ayırmağa razı salmaq üçün çalışırlar.