RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

ZAES-də təhlükəsizlik Kiyev atəşi dayandırdığı halda mümkündür - Karçaa

Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Cari ilin mart ayından Rusiya hərbçilərinin nəzarətindədir.
Sputnik
BAKI, 19 dekabr — Sputnik. Zaporojye AES ətrafında təhlükəsizlik zonası yaratmaq yalnız bir şərtlə mümkündür. Bunun üçün Ukrayna tərəfini stansiyanı və ona bitişik əraziləri atəşə tutmağı dayandırmağa məcbur etmək lazımdır. Bunu "Rosenergoatom" şirkətinin baş direktorunun müşaviri Renat Karçaa bildirib.
Onun sözlərinə görə, Ukrayna hələ də AES-ə münasibətdə öz nüvə təhdidi mövqeyindədir.
"Təhlükəsizlik zonaları ilə bağlı söhbət, əlbəttə ki, maraqlıdır. Siz bu mövzu haqqında uzun müddət danışa, müzakirə edə, kompromis həll yolları axtara bilərsiniz. Lakin bu, həm stansiyada, həm də Enerqodar şəhərində və onun ətraflarında Ukraynanın artilleriya atəşini dayandıracaq əsas qərar qəbul olunmayana qədər pis şeylərə qarşı yaxşı şeylərdən danışmaqdan başqa bir şey deyil", - Karçaa "Rossiya 24" telekanalının efirində bildirib.
Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır - stansiyada hər birinin gücü 1 giqavat olan altı enerji bloku var. Mart ayından Rusiya hərbçilərinin nəzarətindədir. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq üçün bu addımın zəruri olduğunu vurğulayıb.
Ukrayna hərbçiləri Enerqodar və Zaporojye AES-in şəhərə bitişik ərazilərini mütəmadi olaraq atəşə tutmaqda davam edir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Kiyev rejimi ZAES-i məqsədyönlü şəkildə atəşə tutmağa davam etməklə nüvə fəlakəti təhlükəsi görüntüsü yaratmağa çalışır.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ZAES ətrafında təhlükəsizlik zonasının yaradılmasının zəruriliyini dəfələrlə bəyan edib.
Bundan əvvəl Kreml bəyan etmişdi ki, Ukraynadan ZAES-dən ağır silahları çıxarmağı və atəşi dayandırmağı tələb etmək lazımdır. Moskva həmçinin ZAES ətrafındakı təhlükəsizlik zonasında ciddi dəyişikliklərin olmadığını bildirib.