RUSİYA

Rusiya aeroportlarına uçuşların məhdudlaşdırılması rejimi uzadılıb

Təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb.
Sputnik
BAKI, 19 dekabr — Sputnik. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") ölkənin cənub və mərkəzi hissəsindəki 10 hava limanında uçuşların məhdudlaşdırılması rejiminin müddətini dekabrın 27-dək uzadıb.
"Rosaviasiya"nın məlumatına görə, təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb.
Xatırladaq ki, Rusiyanın cənubunda və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir. Məhdudiyyət sayca 49-cu dəfədir uzadılır.