BAKI, 19 dekabr — Sputnik. İran təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı ölkənin cənub-şərqində Pakistanla sərhəddə yerləşən Saravan kəndində terrorçu qrupların hücumu nəticəsində həlak olub.
Bu barədə "Tasnim" agentliyi təhlükəsizlik orqanlarına istinadən xəbər verib.
“Bu gün Saravan qəsəbəsi (Pakistanla sərhəddə – red.) ərazisində terror qrupları ilə 44-cü briqadanın qüvvələri arasında baş vermiş toqquşma nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun zabiti Məhəmməd Qudarzi, Bəsic strukturunun üç əməkdaşı - Rəhim Baxş-Perəki, Həmidreza Abedi və Mahmud Nikxahzadə öldürülüb”, - məlumatda deyilir.