BAKI, 19 dekabr - Sputnik. "Qərbin Rusiyanı təcrid etmək cəhdləri nəticə vermədi, dünyanın əksər ölkələrinin gözləri açıldı". Belə bir açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.
"Bu cəhdlər əbəsdir. Qərbli həmkarlarımızın bu cəhdləri heç bir maddi təcəssüm tapmayıb", - deyə nazir Minskdə ən yüksək səviyyədə keçirilən Rusiya-Belarus danışıqları çərçivəsində jurnalistlərin suallarını cavablandırıb.
Onun sözlərinə görə, dünyanın əksər ölkələrinə bəsirət gəlib.
“Biz xarici siyasətimizi yalnız sözünün üstündə duran, danışıqlar apara bilən insanlardan ibarət olduğunu sübut edən tərəfdaşlara arxalanaraq bundan irəli sürəcəyik”, - deyə Lavrov əlavə edib.
“Maraqlar balansı bizim şüarımızdır, xarici siyasət xəttimiz buna əsaslanır”, deyə o bildirib.