BAKI, 19 dekabr - Sputnik. Estoniya Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırması qəbuledilməzdir. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tviterdəki paylaşımında bildirilib.
“İnsanların əzab çəkmələrinə dair iddialardan qeyri-qanuni iqtisadi fəaliyyətləri ört-basdır etmək və qanunsuz hərəkətlərə qarşı fəaliyyətin qarşısını almaq üçün istifadə etmək, görünür, yeni tendensiyadır. “Blokada şəraitində” avtomobillər keçirsə, yol necə bağlanmış olur?”, - deyə nazirliyin paylaşımında bildirilib.