BAKI, 19 dekabr — Sputnik. "Özbəkistan Dəmir Yolları" QSC Türkmənistan və Cənubi Qafqaz ölkələri - Azərbaycan və Gürcüstan vasitəsilə Avropa İttifaqı ölkələrinə konteyner qatarı buraxıb.
"Uztemiryulconteiner" SC ("Özbəkistan Dəmir Yolları"nın bir hissəsi – red.) Bolqarıstan üçün Burqas limanına ilk konteyner qatarını yola salıb", - şirkətin Telegram kanalında deyilir. Mətbuat xidmətinin məlumatına görə, qatar Türkmənistan, Azərbaycan və Gürcüstan ərazilərindən keçəcək.
Mis konsentratı ilə yüklənmiş 91 konteynerdən (hər biri 20 fut ölçülü) ibarət yük qatarı 4000 kilometrdən çox yol qət edəcək.
Dekabrın əvvəlində Özbəkistan Dəmir Yolları Qazaxıstan və Rusiya üzərindən Litvaya konteyner qatarı göndərib və yeni dəhlizin qurulmasına ümid edir.