BAKI, 19 dekabr - Sputnik. Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl Britaniya kral ailəsi ilə görüşmək və onların üzrünü eşitəmək istəyirlər. Bu barədə The Times mənbələrə istinadən yazır.
Bildirilir ki, cütlük, ailənin bu həftə Şahzadə Uilyamın xaç anası Süzan Hassinin Sistah Space xeyriyyə təşkilatının rəhbəri Nqozi Fulanidən üzr istəməsi ilə yadda qalmış görüşü təşkil etmıklə ikili standart nümayiş etdirib.
Fulani daha əvvəl "Afrikanın hansı hissəsindən gəldiyini" öyrənmək üçün alçaldıcı bir sorğuya məruz qaldığını iddia edib. Sonradan məlum olub ki, söhbət konsort-kraliça Kamillanın ən yaxın köməkçilərindən biri olan Hassidən gedir.
"Harri və Meqan müxtəlif məsələləri qaldıranda heç vaxt belə bir şey edilməyib - görüşlər, rəsmi üzr istəmək və ya məsuliyyəti öz üzərinə götürmək. Bununla razılaşmaq çətindir - 100% bəli, onlar görüşmək (və üzr istəmək) istərdilər)", - qəzet mənbəyə istinadən bildirib.
Nəşr saray əyanlarına istinadən qeyd edir ki, kral ailəsi Netflix platformasındakı serialda ər-arvadın səsləndirdiyi iddialara cavab verməyi və ya onlarla görüş təşkil etməyi planlaşdırmır.
Dekabrın əvvəlində Amerikanın Netflix yayım platformasında Sasseks hersoqu və hersoginyası - Britaniya vəliəhdi Harri və onun həyat yoldaşı Meqan Marklın həyatından bəhs edən sənədli film seriyası nümayiş etdirilib. Serialda personajlar kral ailəsindəki həyatlarından danışır və bu dövrdə qarşılaşdıqları problemləri paylaşırlar.
Serialın yayımlanmasından sonra Britaniyada aparılan sorğuya əsasən, Şahzadə Harrinin populyarlığı noyabr ayından bu yana 13% azalıb, britaniyalıların 59%-i onun haqqında mənfi fikirdədir. Eyni zamanda Britaniyanın “Daily Mail” qəzeti Harri və Meqan Marklın Netflix serialı yayımlandıqdan sonra kral ailəsi ilə münasibətləri bərpa etmək istədiklərini yazıb. Daha sonra Daily Mail mənbələrə istinadən xəbər verdi ki, Kral III Çarlz şahzadə Harrini və Meqan Marklı tacqoyma mərasiminə dəvət etmək niyyətindədir.
Şahzadə Harri və Meqan Markl təxminən üç il əvvəl kral ailəsi ilə münaqişədən sonra krallıq vəzifələrini yerinə yetirməkdən imtina edərək Böyük Britaniyanı tərk etdilər. 2021-ci ilin mart ayında cütlük Opra Uinfriyə qalmaqallı bir müsahibə verib və orada qohumlarını laqeydlikdə, daimi təzyiqdə və hətta irqçilikdə ittiham ediblər. O vaxtdan bəri cütlük və kral sarayı arasında münasibətlər gərgin olaraq qalır.