RUSİYA

Səfir Antonov: ABŞ Rusiya ilə rəqabət vasitəsilə daim özünü göstərmək istəyir

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib ki, bir çox amerikalı siyasətçi hələ də soyuq müharibə dövrünün qanunlarını düşünərək hərəkət edirlər.
Sputnik
BAKI, 18 dekabr - Sputnik. ABŞ Rusiya ilə münasibətlərdə daim onunla rəqabət apararaq özünü təsdiq etmək istəyini rəhbər tutur. Amerikanın “Newsweek” jurnalının məlumatına görə, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.
“Belə görünür ki, SSRİ-nin ruhu hələ də Vaşinqtonun güc dəhlizlərində dolaşır və “Soyuq Müharibə” heç başa çatmayıb”, - deyə o bildirib. Səfirin sözlərinə görə, bir çox amerikalı siyasətçi hələ də soyuq müharibə dövrünün qanunlarını düşünərək hərəkət edirlər. Moskvanın nüfuzunun bərpası isə ABŞ hakimiyyəti üçün başağrısına çevrilib.
O, ABŞ-ın Rusiya Federasiyasının sərhədləri yaxınlığında qeyri-sabitlik zonası yaratmasının niyə bu qədər vacib olduğu ilə maraqlanıb və onların qanında “eksklüzivlik” geni olduğu ehtimalını irəli sürüb.
Əlavə edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi ABŞ-ın nüvə enerjisi və texnologiyası sahəsində dünya liderliyini Rusiyaya verdiyini deyib.