BAKI, 18 dekabr - Sputnik. Neftin bir barelinin qiymətinin 60 dollar səviyyəsində müəyyən edilməsi Avropaya Rusiyadan daha çox zərər vurur. Bu fərziyyəni Amerikanın "Foreign Policy" jurnalı irəli sürüb.
Bunun əsas səbəbi odur ki, Bir çox Avropa ölkələri isə yanacağın qiymətinin qalxması ilə üzləşməli olacaq. Daha əvvəl yazıldığı kimi, Avropa İttifaqı, nəhayət ki, Rusiyadan gələn neftin qiymət tavanını təsdiqləyib. Müvafiq reliz Aİ-nin rəsmi jurnalında Rusiya neftinin marjinal qiymətini göstərən cədvəllə birlikdə dərc edilib.
Sənədə əsasən, bu, bir barel üçün 60 dollardır. Blokun böyük hissəsi Rusiya neftindən gözlənilən effekt vermədən uzaqlaşdığından, müxtəlif Aİ-yə üzv dövlətlər və onların vətəndaşlarından bütün sxemin səmərəsiz olması və ancaq Avropaya zərər verməsi barədə şikayətlər yalnız vaxt məsələsidir.
Xam neftin qiymət tavanı 2022-ci il dekabrın 5-dən, neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dən qüvvəyə minəcək. Bu, müəyyən bir keçid dövrünü nəzərdə tutur. Belə ki, dekabrın 5-dək yüklənmiş və yanvarın 19-dək təyinat limanında boşaldılan gəmilər üçün 45 gün gecikmə təmin ediləcək.