AZƏRBAYCAN XƏBƏRLƏRİ

İrəvan-Moskva reysi ilə uçan təyyarə Azərbaycan üzərindən keçərkən həyəcan siqnalı verib

Zvartnots hava limanından saat 18:40-da havaya qalxan “Hawker 800A” təyyarəsində 8 sərnişin olub.
Sputnik
BAKI, 18 dekabr - Sputnik. İrəvan-Moskva reysi ilə uçan biznes təyyarəsində həyəcan siqnalı işə düşüb.
Bu barədə “Flightradar 24” xidməti məlumat yayıb.
Hazırda uçuşun davam etdiyi qeyd edilir.
Zvartnots hava limanından saat 18:40-da havaya qalxan “Hawker 800A” təyyarəsində 8 sərnişin olub.
Bir neçə dəqiqədən sonra hava gəmisi Azərbaycan ərazisində olarkən həyəcan siqnalı verilib.
Təyyarənin Vnukovoda enişi Bakı vaxtı ilə saat 22:52-də planlaşdırılır (APA).