HADİSƏ

Qaxda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var

Sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sputnik
BAKI, 18 dekabr - Sputnik. Qax rayonunda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var.
“Report”un məlumatına görə, hadisə Şəki-Qax-Zaqatala yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Qax rayon Turaclı kənd sakininin idarə etdiyi 10-BZ-075 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən Qax şəhərinin girişində quraşdırılmış beton maneəyə çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.